Gəncə Tibb Kollecinin bir qrup tələbəsi Gəncə şəhər Uşaq Evində olmuşdur. Uşaq Evinin direktoru həmin evdə yaşayan uşaqlar haqqında informasiya verib, onlarım təlim-tədris proqramından, qidalanmasından, asudə vaxtlarının səmərəli keçirilməsindən bəhs edib. O qeyd edib ki, Uşaq Evi dövlətimizin xüsusi diqqət mərkəzindədir və hər tərəfli qayğı ilə əhatə olunmuşdur.
Gənclərin Uşaq Evinə gəlişi buradakı azyaşlıların sevincinə səbəb olub.
Tələbələr topladıqları vəsait hesabına aldıqları hədiyyələri uşaqlara paylayıblar.
Bir neçə saatlıq görüş həm tələbələrdə, həm də balacalarda xoş təəssürat oyadıb.