GƏNCƏ TİBB KOLLECİ

Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecində Mülki Müdafiə tədbiri keçirilib


Post Image

Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində tədbirlər planına uyğun olaraq  “Fövqəladə hallar zamanı ilkin davranış qaydaları” mövzusunda Mülki Müdafiə tədbiri keçirilib. İki hissədən ibarət olan tədbirdə ilk öncə  Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Ümummilli lider Heydər Əliyevin,  Azərbaycanın müstəqilliyi və  ərazi  bütövlüyü uğrunda canından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad  edilib.
      Tədbiri giriş sözü ilə açan Səhiyyə Nazirliyi Gəncə Tibb kollecinin Mülki Müdafiə rəhbəri, əməkdar həkim Mehman Rzayev ölkəmizin müstəqilliyinin qorunmasında böyük rolu olan ulu öndər Heydər Əliyevin Mülki Müdafiə sahəsində qəbul etdiyi qərarlardan danışıb. Kollecin Mülki Müdafiə rəhbəri bütün şəxsi heyətin, həmçinin tələbələrin də daim fövqəladə hallara hazır olmalarını vurğulayıb.
Sonra Gəncə Şəhər icra Hakimiyyətinin şöbə müdiri, Gəncə şəhər Mülki müdafiə işinin aparıcı mütəxəssisi Yadigar Bədəlov, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin, Mülki Müdafiə şöbəsinin rəisi Polkovnik – Leytenant Rauf Abbasov və mərkəzin digər əməkdaşları fövqəladə hallar zamanı ilkin davranış qaydaları, hadisə baş verən zaman kollecin mülki müdafiə qüvvələrinin icra etməli olduqları vəzifələrindən danışıblar.
Sonda kollecdə hazırlanan mülki müdafiənin təşkilinə həsr olunmuş qısa video çarx nümayiş olundu.
Tədbirin ikinci hissəsində kollecin mülki müdafiə dəstəsi üçün səhnələşdirilmiş təhlükə siqnalı verilib, şəxsi heyətin təxliyə planı nümayiş etdirilib.
Tədbir xilasetmə qurğularının sərgisinin nümayişi ilə başa çatıb.

20.11.2023  [ 17:30 ]
Bütün hüquqlar qorunur.!  ©  2024