08.12.2021- ci il tarixində Gəncə Tibb Kollecində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə “Məişət zorakılığının qarşısının alınmasında əxlaqi-dini dəyərlərin rolu” mövzusunda seminar təşkil edilib.
Seminarda DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Həsən Məmmədov, şöbənin əməkdaşları və Gəncə Tibb Kollecinin müəllim-tələbə heyəti iştirak ediblər.
Karantin qaydalarına riayət edilməklə qarşılıqlı diskussiya şəklində keçirilən tədbirdə iştirakçılara məişət zorakılığı və formaları haqqında geniş izahat verilib, məişət zorakılığının qarşısının alınmasında əxlaqi və dini dəyərlərin rolu haqqında danışılıb.