Dünya tarixi sübut etmişdir ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin özünəməxsus yeri vardır.
Hər il olduğu kimi, bu ildə Gəncə şəhərində müstəqil Azərbaycan dövlətinin memarı, Ümummilli lider Heydər Əliyevin xatirəsi ehtiramla yad olunub.
Gəncə Tibb Kollecinin müəllim və tələbə heyəti,o cümlədən şəhər sakinləri və kollektivlərin nümayəndələri də dahi şəxsiyyətin abidəsi önünə gələrək tər çiçəklər düzüblər. Abidəni ziyarət edən tələbə-gənclər daha sonra Heydər Əliyev Mərkəzinə baş çəkiblər. Burada ziyarətçilərə Azərbaycan xalqının dahi oğlu Heydər Əliyevin həyat və siyasi fəaliyyəti, Gəncə şəhərinə səfərləri, həmçinin muzeydə nümayiş olunan müxtəlif eksponatlar barədə ətraflı məlumat verilib.
Allah rəhmət eləsin!