GƏNCƏ TİBB KOLLECİ

1 dekabr- Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə əlaqədar tədbir keçirildi


Post Image

Gəncə Tibb Kollecinin tələbələri Gəncə şəhər  Gənclər Evində 1 dekabr- Ümumdünya QİÇS-lə  Mübarizə Günü ilə  əlaqədar  tədbir  keçirib.

Bu cür tədbirlərin təşkilində əsas məqsəd tələbələri  QİÇS, eləcə də narkomaniya və digər zərərli vərdişlərin fəsadları barədə məlumatlandırmaq, tələbələrin təhsilə, elmə, idmana olan marağını daha da artırmaqdır.

Əvvəlcə, Ümumdünya QİÇS-lə Mübarizə Gününün təsis tarixi haqqında ətraflı məlumat verilib. Bildirilib ki, 1988-ci ildən başlayaraq hər il dekabrın 1-də Ümumdünya QİÇS-lə Mübarizə Günü kimi qeyd edilir. Həmin tarix dünya ictimaiyyətinin diqqətini  qlobal miqyas almış İİV-infeksiyasına qarşı mübarizəyə cəlb etmək məqsədilə təsis olunub.

Tədbirdə ölkəmizdə sağlam həyat tərzinin geniş təbliği, narkomaniyaya, alkoqolizmə aludə olanların, QİÇS-ə yoluxmuş şəxslərin hüquqlarının müdafiəsi və reabilitasiyası istiqamətində görülən işlərdən bəhs edilib. QİÇS-lə mübarizəyə dair qəbul olunan qanun və proqramlardan danışılıb.

Tədbirdə QİÇS-in ağır fəsadlarından bəhs edən videoçarxlar nümayiş olunub.  

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb, mövzu ilə bağlı tövsiyyələr verilib.

 

02.12.2021  [ 16:00 ]
Bütün hüquqlar qorunur.!  ©  2024