GƏNCƏ TİBB KOLLECİ

20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar ümümşəhər tədbiri keçirilib


Post Image

Yanvarın 20-də Gəncə şəhərində ölkənin müstəqilliyi və suverenliyi uğrunda həlak olan şəhidlərin xatirəsi ehtiramla yad edilib. Anım mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, ictimaiyyət nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, təhsil və səhiyyə işçiləri, şəhid ailələrinin yaxınları ilə yanaşı Gəncə Tibb Kollecinin müəllim və tələbə kollektivi də iştirak etmişdir.

Şəhidlər Xiyabanının girişində "Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş şəxslərin xatirəsinə" inşa edilmiş  abidə ziyarət olunub, önünə əklillər və gül dəstələri qoyulub. Daha sonra Gəncə şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov tərəfindən Şəhidlər Memorial Kompleksi Abidəsi önünə əklil qoyulub. Hərbi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin ruhuna dualar oxunub. Saat 12:00-da, şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Daha sonra  avtomobillər vasitəsi ilə səs siqnalları verilib.  

“Allah bütün şəhidlərimizə rəhmət eləsin!”

20.01.2022  [ 16:35 ]
Bütün hüquqlar qorunur.!  ©  2024