“Gəncə Gənclər Debat Forumu Payız 2023”- ün hazırlıqları çərçivəsində Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecində təhsil alan tələbələr üçün Milli Debat Proqramının təqdimatı keçirilib. Tədbirdə debatın tələbələr üçün əhəmiyyətindən, həmçinin Gəncə Tibb Kolleci Debat Klubunun tarixindən və qazandığı uğurlardan məlumat verilib.
Sonra Gəncə Regional Debat Mərkəzinin Proqram kordinatoru və təlimçiləri gənclərə debatın üstünlükləri haqqında və son illərdə debatən inkişaf etdirilməsi ilə bağlı görülən işlərdən, debatın tələbələrə qazandıra biləcəyi faydalar barədə ətraflı məlumatlar veriblər. Görüşdə Gəncə Tibb Kollecinin 150-ə yaxın tələbəsi iştirak edib.