2 fevral - Azərbaycan Gəncləri Günüdür. Bu münasibət ilə Gəncə şəhərində tədbir keçirilib. Tədbirdə Gəncə Tibb Kollecinin gənc tələbələri yaxından iştirak etmişdir.
Tədbirdə gənclərə böyük diqqət və qayğı ilə yanaşıldığı vurğulanıb. 2 fevral tarixi ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğu qeyd edilib. Azərbaycanda Gənclər gününün təsis edilməsindən ötən 25 il ərzində bu sahədə əldə edilən nailiyyətlərdən söz açılıb.
Tədbirdə çıxış edənlər bildirdilər ki, Azərbaycan gəncliyi üçün ən həlledici sınaq Vətən müharibəsi oldu. Rəşadətli Azərbaycan ordusunun sıralarında vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz adlarını xalqımızın tarixinə qızıl hərflərlərlə yazdılar. Məhz onların rəşadəti sayəsində əldə olunan zəfər Azərbaycanı ərazi bütövlüyünə quvuşdurdu.
Tam inamla demək olar ki, ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakının təmin olunması üçün həyata keçirilən bütün zəruri tədbirlər Azərbaycan gəncliyini daha işıqlı sabaha aparacaq. Bu yolda gənclərimizin ən böyük himayəçisi və dəstəkçisi məhz Azərbaycan Prezidenti İlham Əliyevdir. Dövlətimizin başçısının “Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram” - sözləri Azərbaycan dövlətinin gənclərə etimadının, gənclərin isə Prezidentə məhəbbətinin və dəstəyinin bariz nümunəsidir.
Sevindirici haldır ki, bu gün gənclərimiz ölkə həyatının bütün sahələrində fəal iştirak etməklə mühüm proseslərdə rol oynayırlar. Belə ki, bütün dünyanı cənginə alan və ölkəmizdə də ciddi mübarizənin aparıldığı koronavirus pandemiyasına qarşı Azərbaycan gəncləri də fəal şəkildə səfərbər olublar. Belə ki, gənclərimiz pandemiya ilə əlaqədar ölkəmizin bütün şəhər və rayonlarında əhalinin maarifləndirilməsi, sosial məsafənin saxlanılması, qoruyucu tibbi vasitələrdən istifadəyə dair müxtəlif sosial təşəbbüslər, kampaniyalar, tədbirlər təşkil edir, aztəminatlı, köməksiz ailələrə yardımların göstərilməsində iştirak edir, bu mübarizəyə öz töhfələrini verirlər.
Tədbirin sonunda Gəncə gənclərinə həsr edilən video çarx nümayiş olundu. Sonra bir qrup gəncə, o cümlədən Gəncə Tibb Kollecinin tələbələrinə xatirə hədiyyəsi və diplomlar təqdim edildi.