GƏNCƏ TİBB KOLLECİ

1 mart Ümumdünya Mülki Müdafiə Günüdür


Post Image

1 mart - Ümumdünya Mülki Müdafiə Günü münasibətilə Gəncə Tibb  Kollecində maarifləndirici tədbir keçirilib.

Tədbirdə Gəncə Tibb Kollecinin müəllim və tələbə heyəti ilə yanaşı, FHN-in  Gəncə Regional Mərkəzinin əməkdaşları da  iştirak etmişdirlər.

Tədbir iştirakçıları çıxışlarında bu günün əhəmiyyətindən və mülki müdafiənin məqsədindən bəhs edərək bildiriblər ki, Beynəlxalq Mülki Müdafiə Təşkilatının qərarı ilə 1972-ci ildən etibarən hər il 1 mart bu təşkilata üzv olan ölkələrdə “Ümumdünya Mülki Müdafiə Günü” kimi qeyd edilir. Azərbaycan da 1993-cü ildən bu nüfuzlu beynəlxalq təşkilatın üzvüdür. Nəzərə çatdırılıb ki, Ümumdünya Mülki Müdafiə Gününün hər il qeyd olunmasında əsas məqsəd ictimaiyyətin diqqətinin mülki müdafiə işinin təşkili məsələlərinə cəlb etməkdir.

Tədbirdə həmçinin, FHN-in mülki müdafiə sahəsindəki fəaliyyətindən, eləcə də fövqəladə hadisələr zamanı davranış qaydalarından bəhs edən videoçarxlar nümayiş etdirildi.
   
Sonda tələbələr arasında viktorinalar keçirilmiş suallara düzgün cavab verən tələbələr mükafatlandırılmışlar.

01.03.2022  [ 15:20 ]
Bütün hüquqlar qorunur.!  ©  2024