Gəncə Tibb Kollecinin fəal tələbələri Gəncə uşaq evində xüsusi qayğı və diqqətə ehtiyacı olan uşaqlara baş çəkiblər.
Tələbələr uşaqlara Gəncə Tibb Kolleci haqqında ətraflı məlumat verib, seçdikləri ixtisas, onun gələcək perspektivləri barədə uşaqlarla fikirlərini bölüşüblər. Uşaqlar isə tələbələrə Gəncə Tibb Kolleci haqda onları maraqlandıran sualları cavablandırıblar.
Sonra tələbələr uşaqlarla bir yerdə müxtəlif intellektual və əyləncəli oyunlar keçiriblər.
Görüşün sonunda tələbələr uşaqlara müxtəlif hədiyyələr təqdim ediblər.
Hədiyyələr azyaşlıların sevincinə səbəb olub.