GƏNCƏ TİBB KOLLECİ

“Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Gəncə Regional Debat Mərkəzinin təşkilatçılığı ilə Gəncə Tibb Kollecində görüş keçirildi


Post Image

“Vətəndaş Cəmiyyətində Debat”İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Gəncə Regional Debat Mərkəzinin təşkilatçılığı ilə Gəncə Tibb Kollecinin tələbələri ilə görüş keçirildi.Görüşün məqsədi gənclərin debat və natiqlik sahəsində bilik və bacarıqlarının formalaşdırılması,region gənclərinin fəallığının artırılmasıdır. Həyata keçirilən tədbirlər Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən dəstəklənir.  

Debat forumun məqsədi gənclər arasında natiqlik mədəniyyətinin inkişaf etdirilməsi vasitəsi ilə onların qərar vermə proseslərində, ictimai aktuallıq kəsb etmə  məsələlərində, dövlət gənclər siyasətinin həyata keçirilməsində iştirakını təmin etməkdir.

Qeyd edək ki, təşkilatın aparıcı və ən kütləvi proqramlarından biri olan “Milli Debat proqramı” Respublikanın 45 rayonu və böyük şəhərlərini əhatə etməklə, Bakı şəhəri və 13 regional nümayəndəliyi özündə birləşdirir. Təşkilatın fəaliyyət göstərdiyi 24 il ərzində Milli Debat Proqramı çərçivəsində həyata keçirilən layihə, tədbirlərdə 50.000-dən artıq gənc iştirak etmiş, maariflənmişdir. 

 

18.04.2022  [ 16:00 ]
Bütün hüquqlar qorunur.!  ©  2024