06.04.2022- ci il tarixində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Gəncə Tibb kollecində “Vətənpərvərlik: milli və mənəvi dəyər kimi” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
Tədbirdə DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Həsən Məmmədov, şöbənin əməkdaşları, Gəncə Tibb Kollecinin direktoru Mehman Rzayev və müəllim-tələbə heyəti iştirak etmişlər.
Tədbir Vətənimizin suverenliyi, bütövlüyü və azadığı uğrunda canlarını fəda etmiş Şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılmışdır.
Çıxışlar zamanı bu qəbildən olan tədbirlərin gənclərimizə Vətənə sevgi hisslərinin aşılanması, onlar arasında milli vətənpərvərlik ruhunun təbliğ olunması, milli xarakter və milli mənəviyyatın formalaşması baxımından əhəmiyyətli rola malik olduğu qeyd edilib. 44 günlük müharibədə qazandığımız bu qələbəyə görə öz sağlamlıqlarını qurban verərək sinəsini Vətənə sipər etmiş qazilərimizə və gözünü qırpmadan düşmən üzərinə hücum edən bütün Vətən müharibəsi iştirakçılarına Azərbaycan xalqı adından bir daha təşəkkür edilib. Onların yazdığı tarixin bundan sonrakı dövrdə bir qəhrəmanlıq salnaməsi kimi gələcək nəsillərə ötürüləcəyi vurğulanıb.
Sonda “Vətənpərvərlik: milli və mənəvi dəyər kimi” adlı sənədli film izlənilmişdir.