05.04.2022-ci il tarixində Gəncə Tibb kollecinin akt zalında tədris ilə əlaqədar növbəti konfrans keçirilmişdir.Konfransda Gəncə Tibb Kollecinin direktoru Mehman Rzayev və həkim –müəllim heyəti iştirak etmişlər.
14-fevral-5 mart tarixlərində Ümumdünya Səhiyyə Təşkilatının(ÜST) və Azərbaycan Tibb Universitetinin(ATU) birgə əməkdaşlığı ilə Beynəlxalq professorlar heyəti tərəfindən “Təhsil verənin tədris sahəsində peşəkar inkişafı”,”Dərman tətbiq edilməsi “,Təməl həyat dəstəyi” mövzusunda ATU-nun Peşəkarlılığın davamlı inkişafı Mərkəzində Təlimçilərin təlimi proqramı keçirilmişdir. Bu təlimdə Gəncə Tibb Kollecinin həkim- müəllimləri Hüseynova Yeganə və Əzimova Sveta iştirak etmişdirlər.
Təlimin əsas məqsədi Respublikamızda tibb sahəsində tədqiqatı istiqamətində olan problemlərin araşdırılması üçün Beynəlxalq araşdırma standartları ilə tanış olmaq, sahə üzrə tibb mütəxəssislərinin bilik və bacarıqlarını artırmaq məqsədilə təlimatlar və tövsiyyələr verməkdən ibarətdir.
Hazırda Respublikamızda tibb sahəsində və tibb mütəxəssislərinin yetişdirilməsində çox ciddi işlər aparılır.
Təlim keçmiş həkim-müəllimlərimiz öyrəndikləri, əldə etdikləri materialları ilk olaraq kollecimizin həkim-müəllim heyətinə slayd və videoçarxlar vasitəsilə nümayiş etdirmişlər.
Həkim-müəllimlərimiz əldə etdikləri bu bilik və vərdişləri tələbələrə də aşılayacaqlar.