Ondokuz May Universiteti (OMÜ) Tibb Fakültəsi, “XII. Milli Tibb Təhsili Konqresi”nə (UTEK'22) ev sahibliyi etdi.
Tibb Təhsili Proqramlarının Qiymətləndirilməsi Dərnəyi (TEPDAD) və Türkiyə Tibb Təhsili Dərnəyinin əməkdaşlığı ilə təşkil edilən konqresə müxtəlif universitetlərin tibb fakültəsinin dekanları və dekan müavinləri, Azərbaycandan həkimlər , tələbələr və başqa qonaqlar qatılmışlar. Azərbaycan Respublikasından konqresə qatılan həkimlər içərisində Gəncə Tibb Kollecinin həkimləri: Hüseynova Yeganə Sədrəddin qızı və Əzimova Sveta Ərəş qızı da vardır.
Dr. Roger Daglius Dias, “Tibb təhsilində təşkilati dəyişikliklər” adlı konfrans keçirdi. Daha sonra “Türkiyədə Tibb Təhsilində Dəyişikliklərin İstiqaməti” adlı konfransda sözügedən dəyişikliklər - Tibb Dekanları Şurası, TEPDAD, Türkiyə Tibb Təhsili Dərnəyinin əməkdaşları və Səhiyyə Nazirliyinin rəsmiləri tərəfindən qiymətləndirildi.
Daha sonra “Azərbaycanda Səhiyyə Peşəkarlarının Təhsilində Dəyişiklik” mövzusu beynəlxalq nümunələrlə müzakirə edildi. “Dəyişiklik və Gələcək” panelində həyat tərzindəki dəyişikliklər, tibbi xidmətə tələbat və təminatdakı dəyişikliklər, dəyişikliyin təhsil və tibb təhsilində əks olunması müzakirə edildi.
Tibb və sağlamlıq mütəxəssislərinin təhsili sahəsində araşdırmalar aparan, yaxşı təcrübələri tətbiq edən və bu tədqiqatlardan əldə olunan faydalı nəticələri bir araya gətirən UTEK-22, tam məzmunu və yenilənmiş nailiyyətləri ilə səmərəli nəticələr vermək ümidi ilə müvəffəqiyyətlə tamamlanmışdır.
Konqresdən qayıdan həkimlərimiz kollecin akt zalında həmin konfransın məqsədi,məzmunu və verəcəyi nəticələr haqqında kollektivi məlumatlandıraraq, qısa video - çarx və fotoslaydlar nümayiş etdirdilər.