GƏNCƏ TİBB KOLLECİ

Gəncə Tibb Kollecində 28 May-Müstəqillik Günü qeyd olunmasını Azərbaycan qəzeti yazdı


Post Image

Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, millət vəkili Pərvin Kərimzadə, Gəncə Tibb Kollecinin direktoru, Əməkdar həkim Mehman Rzayev və digər şəxslər iştirak etmişlər.

Tədbirdən əvvəl qonaqlar Gəncə Tibb  Kollecində yaradılan yeni laboratoriyalarla tanış olmuşlar. Kollecin direktoru, Əməkdar həkim Mehman Rzayev məlumat verərək diqqətə çatdırmışdır ki, kollecdə tələbələrin praktik məşğələlər keçməsi və əyani şəkildə biliklərə yiyələnməsi üçün geniş imkanlar yaradılmışdır: “Artıq yeni laboratoriyalarda tibbi bacarıqlar praktik olaraq robot-maniken üzərində həyata keçirilr. Bununla yanaşı, TİKA tərəfindən yaradılan  “Əczakimya analitik laboratoriyası" tezliklə istifadəyə veriləcəkdir” .

Tədbir  Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlamışdır. Sonra ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Çıxış edənlər bildirmişlər ki, müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin  yaranmasının 104 illiyi tamam olur. Cümhuriyyət qısa bir dövr yaşasa da, Azərbaycanın milli dövlətçilik tarixində silinməz izlər qoymuşdur. Qeyd olunmuşdur ki, 1991-ci il oktyabrın 18-də Azərbaycan yenidən dövlət müstəqilliyini bərpa etmişdir. Bu gün Ümummilli Lider  Heydər Əliyevin əsasını qoyduğu dövlət siyasəti Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə və reallıqlarına uyğun, uğurla davam etdirilir.Ən böyük uğurumuz isə 30 ilə yaxın işğal altında olan ərazilərimiz  44 günlük Vətən müharibəsi nəticəsində ermənilərdən təmizlənmişdir.

Kollec tələbələrinin iştirakı ilə təqdim olunan musiqi nömrələrindən və göstərdikləri ədəbi - bədii kompozisiyadan sonra dövlət müstəqilliyimizdın bəhs edən videoçarx və sənədli filmlər nümayiş etdirilmişdir.

 

28.05.2022  [ 16:10 ]
Bütün hüquqlar qorunur.!  ©  2024