Gəncə Tibb Kollecinin üç nəfər həkim – müəllimi təcrübə keçmək məqsədilə Türkiyə Respublikasının Ankara şəhərinin Ankara Universitetinin Əczaçılıq fakultəsinə “Təcrübə paylaşım proqramına” qoşulmaq üçün ezam olunmuşlar.
Bu münasibət ilə Gəncə Tibb Kollecində “Təcrübə Mübadiləsi” nin gedişinə həsr edilmiş konfrans təşkil olundu.
Konfransda müəllimlərimiz çıxış edərək, mövzuya uyğun slaydlar nümayiş etdirdilər.
Onlar həmin Universitetin Əczaçılıq fakultəsində aparılan təcrübələrlə tanış olmuş, müasir cihaz və avadanlıqların iş prinsipinə uyğun olaraq işləmə qaydalarını öyrənmişlər.
Bu proqrama əsasən həkim-müəllimlərimiz Universitetdə tədris olunan dərslərdə iştirak etmişlər, dərman bitkiləri arealı ilə tanış olmuşlar.
Məqsəd, əldə olunan, müasir tələblərə cavab verən bilik və vərdişlərin kollecimizdə tətbiq edilməsi, qurulmuş yeni “Əczakimya analitik “ laboratoriyasının tam gücü ilə işə salınmasıdır.
Sonda səfərə həsr olunan qısa videoçarx nümayiş olundu.