GƏNCƏ TİBB KOLLECİ

Heydər Əliyev müasir gənclər siyasətinin banisidir adlı tədbir


Post Image

öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş "Heydər Əliyev müasir gənclər siyasətinin banisidir" adlı tədbir keçirilmişdir.

Tədbir  Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik süqutla yad edilməsi ilə başlamışdır.

Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin Gənclərlə iş sektorunun müdiri Rəşad Əlizadə, Gəncə Heydər Əliyev Mərkəzinin direktor əvəzi İlknur İsgəndərova və Mərkəzin elmi işçisi Gülər Ellazova çıxış edərək, ulu öndər Heydər Əliyevin həyat və yaradıcılığından bəhs etmişlər. Cəmiyyətin gələcəyinin gənclər olduğunu hamıdan yaxşı anlayan və bunun həyata keçirilməsi üçün lazımi tədbirləri görən yeganə insanın, Heydər Əliyev olduğunu diqqətə çatdırmışlar.

Daha sonra tədbir,  gənclərə Heydər Əliyev Mərkəzində ekskursiya təşkil olunması ilə davam etdirilmişdir.

Sonda ulu öndər Heydər Əliyevin həyat və yaradıcılığından bəhs edən sənədli film nümayiş olunmuş, Heydər Əliyevin abidəsi önündə xatirə şəkli çəkdirilmişdir.

10.05.2022  [ 21:15 ]
Bütün hüquqlar qorunur.!  ©  2024