Gəncə şəhərində ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə ağacəkmə aksiyası təşkil olunub. Aksiya Gəncə Şəhər İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının və Kəpəz Bələdiyyəsinin birgə təşkilatçılığı ilə keçirilib.
Heydər Əliyev Park-Kompleksinin ərazisində təşkil olunan aksiyada Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, millət vəkilləri Musa Quliyev, Pərvin Kərimzadə və Müşfiq Cəfərov, idarə, müəssisə və təşkilatların, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və şəhər ictimaiyyətinin nümayəndələri o cümlədən, Gəncə Tibb Kollecinin texniki işçiləri və tələbələr iştirak etmişlər.