GƏNCƏ TİBB KOLLECİ

Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecində “Erkən uşaq inkişafı dövrü üzrə” UNICEF-in təqdim etdiyi modulların tədris proqramına inteqrasiya üzrə monitorinq keçirilib


Post Image

Gəncə Tibb Kollecində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, TƏBİB və UNICEF-in Azərbaycandakı Nümayəndəliyinin tərəfdaşlığı çərçivəsində “Erkən uşaq inkişafı dövrü üzrə” UNICEF-in təqdim etdiyi modulların tədris proqramına inteqrasiya üzrə monitorinq keçirilib. Səfər çərçivəsində qonaqlar Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecində yaradılan şəraitlə, kabinet və laboratoriyalarla, treninq mərkəzləri və tələbə evi ilə yaxından tanış olublar. Sonra Bakıda “Patronaj tibb bacılarının ehtiyaclarının qiymətləndirilməsi” mövzusunda keçirilən təlimlərdə iştirak etmiş kollecin həkim-müəllimlərin çıxışlarını dinlənilib. Daha sonra “Beynəlxalq Addım-addım”assosiaiyasının baş layihə direktoru Zorica Trikiç monitorinq barədə ətraflı məlumat verdi və vurğulayıb ki, Gəncə Tibb Kollecində yaradılan şərait, tələbələrin yüksək səviyyədə bilik qazanmaları üçün ixtisaslaşdırılmış müasir laboratoriyalar və treninq mərkəzləri onun sözün yaxşı mənasında təəcübləndirib. UNICEF-in təqdim etdiyi modulların tədris proqramına inteqrasiya üzrə monitorinqdə Səhiyyə Nazirliyinin   Səhiyyə siyasəti şödəsinin Ana və uşaqların saglamlığının qorunması sektotunun müdiri Aynurə Zeynalova, UNİCEF Səhiyyə və Qidalanma  Proqramının rəhbəri Töhfə Cəmilova, UNİCEFin eksperti Yelena İsrafilova və UNİCEF-in  milli təlimçiləri Təranə Seyidməmmədova və  Rübabə Quliyeva iştirak ediblər.

14.02.2025  [ 00:45 ]
Bütün hüquqlar qorunur.!  ©  2024