GƏNCƏ TİBB KOLLECİ

Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecinin həkim-müəllimləri FHN tədbirində elmi praktik məşğələ keçiblər.


Post Image

Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecinin həkim-müəllimləri Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin mülki müdafiə şöbəsinin əməkdaşlarının təşkil etdiyi “Məktəblinin dostu” layihəsi çərçivəsində təlimdə iştirakçılar üçün elmi və praktik məşğələ keçiriblər.

   Təlimdə Elm və Təhsil Nazirliyinin “Məktəblinin dostu” layihəsinin rəhbəri Bahar İsmayılova, Mülki Müdafiə şöbəsinin, Gəncə Tibb Kollecinin əməkdaşları və Gəncə şəhəri üzrə 6 orta ixtisas məktəblərinin 24 müdavimi dinləyici olublar.

  FHN-nin Gəncə Regional Mərkəzinin MM – şöbəsinin əməkdaşı, polkovnik-leytenant Bəhai Nəsirov təlim iştirakçılarını salamlayıb və layihənin əhəmiyyətindən söhbət edib.

  Təlimdə  çıxış edən Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecinin mülki-müdafiə üzrə qərargah rəisi Sevda Abbasova Gəncə Tibb Kollecinin və FHN-nin Gəncə Regional Mərkəzinin işçi heyətinin sıx əməkdaşlıqlarını qeyd edərək Gəncə Tibb Kollecinin direktoru Mehman Rzayevə, Gəncə Regional Mərkəzinin rəisi, Polkovnik Elnur Məhərrəmova və mərkəz rəisinin müavini Rauf Abbasova öz minnətdarlığını bildirib. O, Gəncə Tibb Kollecinin həkim-müəllimlərinin ilkin tibbi yardımın təşkili ilə bağlı keçdikləri dərslərin hər bir zaman maraqla dinlənildiyini vurğulayıb.

  Sonra kollecin həkim-müəllimi Cəvahir Qarayeva İlkin tibbi yardım zamanı qan axmalar, sınıqlar, bayılmalar dəm qazından zəhərlənmər, qida zəhərlənmələri, yad cismin çıxarılması, süni tənəffüs verilməsi və. s haqqında geniş məlumat verərək manikenlər və insanlar üzərində ilk yardımı əyanı şəkildə iştirakçılara göstəriblər.

  Sonda həkim-müəllimlər təlim iştirakçılarının suallarına ətraflı cavablar verib, maraqlı diskusiyalar aparıblar.

03.02.2025  [ 10:30 ]
Bütün hüquqlar qorunur.!  ©  2024