Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iyunun 26-da Kəlbəcər rayonunda “İstisu” sanatoriyasının təməlqoyma mərasimində iştirak edib.
Qeyd edək ki, Kəlbəcərin İstisu kəndinin məşhur mineral suyu olan "İstisu" bulağı ətrafında 1928-ci ildə eyniadlı sanatoriya yaradılmışdır. İşğal dövründə yararsız hala salınan sanatoriya Dövlət başçısının təşəbbüsü ilə artıq yeni simada tam bərpa olunacaq və əvvəlki şöhrəti özünə qaytarılacaq.
Vaxtilə məşhur olan İstisu suyu yenidən həm istehsal olunacaq, həm də istehlak olunacaq və ixrac ediləcək. İstisu qəsəbəsində yeni mehmanxana inşa ediləcək, müalicə mərkəzi yaradılacaq.Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə Rəşadətli Ordumuz 44 günlük Vətən müharibəsində döyüş meydanında Zəfər çalaraq, vaxtilə əlimizdən alınmış bütün sərvətləri özümüzə qaytarmışdır. İstisu sanatoriyası və İstisu suyu bölgənin rəmzi, Kəlbəcərin təbii sərvətidir. Bu gün xalqımız bu torpaqların sahibidir. Dövlət başçısının uzaqgörən siyasəti nəticəsində geri aldığımız torpaqlarda, iri miqyaslı layihələr həyata keçirir, şəhər və kəndlərimizi yenidən bərpa edirik. Bütün İşğaldan azad etdiyimiz ərazilərimiz kimi Kəlbəcər rayonunda da böyük quruculuq işləri aparılır. Müharibənin bitməsindən cəmi il yarım keçməsinə baxmayaraq işğaldan azad etdiyimiz bütün ərazilərdə genişmiqyaslı işlərin görülməsi Azərbaycanın gücünü, iradəsini göstərir.Kəlbəcərin təbii, əsrarəngiz, füsunkar gözəlliyindən,təbii sərvətlərindən məhrum qalan xalqımız indi öz torpaqlarının sahibidir. Erməni vandalları 30 il ərzində bizim təbii sərvətlərimizi istismar edib, talayıb, meşələrimizi məhv edib, çaylarımızı zəhərləyib, bütövlüklə binalarımızı yerlə yeksan edib, qızıl yataqlarımızı qanunsuz istismar ediblər. Bütün dünya erməni vandalizminin,vəhşiliyinin şahididir. Əlbəttə ki, bütün bunlar sübut edir ki, ermənilər heç vaxt bu torpağın sahibi olmamışlar.Çünki insan heç vaxt öz yurdunu nə olursa olsun talan etməz,viran qoymaz.
Məlum olduğu kimi, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin iştirakı ilə Kəlbəcər şəhərində İşğal və Zəfər muzeylərinin təməli qoyuldu, bütün işğaldan azad olunmuş bölgələrdə olduğu kimi, Kəlbəcərdə də həm infrastruktur işləri, xəstəxanalar, məktəblər, yaşayış binaları, mədəniyyət obyektləri, məscidlərimizin bərpası, muzeylər, hava limanları, dəmir yolları, tunellər salınmaqdadır. Cəmi bir il yarım ərzində görülən bütün işlər ondan xəbər verir ki, Azərbaycan xalqı bu torpaqların sahibidir. Azərbaycan xalqı qurub yaradan xalqdır. Dövlət rəhbərinin başçılığı ilə azad edilmiş şəhərlərimizdə, kəndlərimizdə artıq geniş inşaat işləri gedir.
Həyata keçirilən iri miqyaslı müfəssəl layihələr bir daha onu göstərir ki, Azərbaycan xalqı bu torpaqların əzəli və əbədi sahibidir. Bu reallıqları, parlaq-işıqlı gələcəyi Azərbaycan xalqına bəxş edən Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə xalq sonsuz minnətdardır.
Tarix yazan Sərkərdə, uğurlarınız bol olsun! Xalq həmişə sizinlədir!
Qarabağ Azərbaycandır!
Gəncə Tibb Kollecinin müəllimi : Şəfiqə Səttar qızı Hüseynova