GƏNCƏ TİBB KOLLECİ

Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecində 47 il davamlı əmək fəaliyyəti ilə məşğul olan Məmmədova Gülarə Feyzulla qızı təqaüdə yola salınıb


Post Image

Ömrünün 47 ili Gəncə Tibb Kollecində çalışmış G. Məmmədova təqaüdə göndərildi.

Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecində 47 il davamlı əmək fəaliyyəti ilə məşğul olan Məmmədova Gülarə Feyzulla qızı təqaüdə yola salınıb. Kollecin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, tədbirdə müəssisənin direktoru, Əməkdar həkim Mehman Rzayev, Gəncə şəhər Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Şurasının sədri Elcan Qurbanov və kollecin kollektivi iştirak edib.

Çıxış edən Mehman Rzayev Gülarə Məmmədovanın 47 illim əmək fəaliyyəti zamanı qüsursuz çalışdığını, kollektiv arasında böyük hörmətə malik olmasından danışdı. Direktor qeyd edib ki, təxminən yarım əsrə yaxın müddətdə eyni kollektivdə çalışmaq böyük hünər və qabiliyyət tələb edir.

Sonra Gəncə şəhər Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Şurasının sədri Elcan Qurbanov Gülarə Məmmədovaya peşəkar əmək fəaliyyəti üçün minnətdarlığını bildirib və uğurlar arzu edib.

Sonda 68 yaşlı Gülarə Məmmədovaya xatirə hədiyyələri təqdim olunub.

Məmmədova Gülarə Feyzulla qızı 1957-ci ildə Sabirabad şəhərində anadan oub. 1976-cı ildə Gəncə Tibb məktəbinin “Tibb bacısı işi “ixtisasına daxil olub, 1978-ci ildə həmin ixtisası bitirib. 1978-ci ildən  bu günə qədər 47 il  Gəncə Tibb Kollecində  laborant vəzifəsində çalışıb. İşlədiyi müddət ərzində kollektivin hörmətini qazanmış, dəfələrlə Fəxri fərmanlarla təltif olunmuş,  fasiləsiz və davamlı iş fəaliyyətinə görə 2022-ci ildə “Əmək veteranı” adına layiq görülüb.

16.01.2025  [ 17:30 ]
Bütün hüquqlar qorunur.!  ©  2024