Dekabrın 16-da Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecində “Yaşıl dünya naminə həmrəylik ili” mövzusunda konfrans keçirilib. Müəssisənin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, tədbirdə Mətanət Əliyeva, Ülviyə Əliyeva və Gülnaz Həsənova bu il noyabr ayının 11-dən 24-ə qədər Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP 29 iqlim sammitinin həm Azərbaycan, həm də ümumilikdə dünya üçün uğurlu beynəlxalq tədbir kimi yaddaşlara həkk olunmasından, yüksək səviyyədə təşkil olunan tədbirdə dünya ölkələrinin liderlərinin, ekofəalların, QHT və media nümayəndələrinin fəal iştirakı və sonda qəbul olunan tarixi qərarın önəmindən danışdılar.
Konfransla bərabər kollecdə “Yaşıl dünya naminə həmrəylik ili” mövzusunda açıq dərs keçirilib. Tələbələr qarşısında çıxış edən həkim-müəllimlər Kəmalə İsmayılova və Zarema Hüseynova alternativ enerji mənbələrinin ölkəmizdə geniş tətbiqi, o cümlədən bunun nəticəsində təbii ehtiyatların qorunmasının və ekoloji tullantıların qarşısının alınmasının önəmini qeyd ediblər. Vurğulanıb ki, alternativ enerji mənbələrinin tətbiqi, yaşıllıqlarımızın qorunması və yeni yaşıllıqların salınması ölkəmizdə bu sahəyə diqqətin artırılmasının nəticəsidir. Çıxış edənlər Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizədə innovasiya və müasir texnologiyaya xüsusi önəm verilməsinin vacibliyi diqqətə çatdırılıb.