GƏNCƏ TİBB KOLLECİ

Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecində “Yaşıl artım – Yaşıl dünya” mövzusunda dəyirmi masa keçirilib.


Post Image

Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecində “Yaşıl artım – Yaşıl dünya” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə çıxış edən kollecin tədris işləri üzrə direktor müavini Kəmalə İsmayılova alternativ enerji mənbələrinin ölkəmizdə geniş tətbiqi, o cümlədən bunun nəticəsində təbii ehtiyatların qorunmasının və ekoloji tullantıların qarşısının alınmasının önəmini qeyd edib. O vurğulayıb ki, alternativ enerji mənbələrinin tətbiqi, yaşıllıqlarımızın qorunması və yeni yaşıllıqların salınması ölkəmizdə bu sahəyə diqqətin artırılmasının nəticəsidir. Sonra çıxış edən həkim-müəllimlər Sevinc Daşdəmirova və Gülnarə Mustafayeva Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizədə innovasiya və texnologiyaya xüsusi önəm verdiyini diqqətə çatdırıblar.

19.11.2024  [ 17:00 ]
Bütün hüquqlar qorunur.!  ©  2024