Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecində “Kəlbəcərə böyük qayıdış: Azərbaycan tarixində əlamətdar məqam” - “The Great return to Kalbajar : A Landmark in Azerbaijan’s History” adlı ingilis dilində dəyirmi masa keçirilib. Kollecin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə tədbirdə çıxış edən ingilis dili müəllimi Şəfiqə Hüseynova 44 Günlük Vətən müharibəsindən və torpaqlarımızın işğaldan azad edilməsindən, Kəlbəcər rayonunun tarixindən, azad olunduqdan sonra aparılan quruculuq və abadlıq işlərindən danışıb.
Dəyirmi masada kollecin tələbələri “Kəlbəcərin azad edilməsi - The liberation of Kalbajar”, “Yenidənqurma və inkişaf səyləri - Reconstruction and Development Efforts”, “İqtisadi artım və imkanlar - Economic Growth and opportunities”, “Mədəni və tarixi irsin qorunması - Preserving cultural and historical heritage”, “Gələcək nəsillərdə Vətənpərvərlik ruhlandırması - Inspiring Patriotism in future generations” mövzularında çıxışlar ediblər.
Sonda Kəlbəcərin təbiəti haqqında hazırlanan video filmə tamaşa edilib