GƏNCƏ TİBB KOLLECİ

Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecində Zəfər günü qeyd olunub


Post Image

   Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecində 8 Noyabr - Zəfər Günü ilə əlaqədar “Zəfərin təntənəsi! adlı tədbir keçirilib. Toplantıda Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra Ümummilli Lider Heydər Əliyevin və Qarabağın azadlığı uğrunda canından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

   Kollecin direktoru, Əməkdar həkim Mehman Rzayev tədbir iştirakçılarını və xalqımızı Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış Zəfər Günü münasibətilə təbrik edib. O qeyd edib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə, sentyabrın 27-dən başlanan, 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın şanlı Qələbəsi ilə sona çatıb. Hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu işğalçı Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın edərək, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi sayəsində böyük Zəfərə imza atıb.

“Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə qızıl hərflərlə yazıldı. Bu tarixi qələbə Azərbaycan xalqının iftixarına və qürur mənbəyinə çevrildi. 44 gündə xalq öz liderinin - müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək “Dəmir yumruğa” çevrildi və bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Döyüş meydanlarında ordumuz, siyasi arenada diplomatlarımız, informasiya savaşında media nümayəndələrimiz düşmənə layiqli cavablar verdilər. Müharibə dövründə də, sonralar da Ali Baş Komandan İlham Əliyevin bütün dünyaya Azərbaycanın haqq səsini çatdıran müsahibələri düşmənlərimizə layiqli qələbəmizə kölgə salmağa, qara yaxmağa imkan vermədi. Bu tarixi Zəfər bizə qalib bir xalq olmağımızdan qürur duymağa şərait yaratdı” deyə çıxışında Mehman Rzayev vurğulayıb.

   Mehman Rzayev onu da əlavə etdi ki, Vətən müharibəsində iştirak edən və daim hərbiçilərimzin yanında olan tibb işçiləri, həkimlərimiz də böyük qəhrəmanlıq göstərərək öz həyatları bahasına minlərcə əsgər və zabitlərimizin həyatını xilas etdilər. Kollecin direktoru Qarabağda Azərbaycanın tam suverenliyinin bərpası məqsədilə bu il sentyabrın 19-da peşəkar ordumuz tərəfindən keçirilən antiterror əməliyyatlarında danışaraq Ali Baş Komandan İlham Əliyevin Xankəndində bayrağımız ucaldıldığı gün çıxışini xatırladıb:

“Əziz həmvətənlər, bu meydanda bu gün durmaq böyük xoşbəxtlikdir, böyük fərəhdir, qürur mənbəyidir. Mən qürur hissi ilə Azərbaycan Bayrağını bu gün qaldırmışam və doğma xalqıma bir daha demək istəyirəm ki, biz bu Qələbəyə layiqik. Azərbaycan xalqı bu Qələbəni öz qanı, canı bahasına əldə etmişdir. Bu gün burada qaldırdığım Bayraq burada əbədi dalğalanacaq və biz burada əbədi yaşayacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.

   Sonra çıxış edən kollecin YAP ərazi ilk partiya təşkilatının sədr müavini Mətanət Nəbizadə vurğuladı ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müdrik siyasəti və şanlı Ordumuzun rəşadəti sayəsində qazanılmış böyük Zəfər, eyni zamanda, dinindən, milli mənsubiyyətindən asılı olmayaraq, xalqımızın “dəmir yumruq” ətrafında sıx birləşməsi, gənclərimizin Vətən sevgisi, iqtidar-xalq və ordu birliyi sayəsində əldə olunub.

   Digər natiqlər də Zəfər gününün Azərbaycan xalqı üçün böyük əhəmiyyətindən danışdılar. Qeyd olundu ki, hazırda azad olunan torpaqlarda geniş miqyaslı yenidənqurma və tikinti işləri aparılır, ermənilər tərəfindən dağıdılan şəhər və rayonlarımız, kəndlərimiz yenidən qurulur. Yeni müasir infrastruktur, məktəblər, xəstəxanalar, hündürmərtəbəli binalar, yeni dizaynda evlər inşa olunur.

  Çıxışlardan sonra “Zəfər günü” adlı sənədli filmin nümayişi olunub.

  Filmin ardınca kollecin tələbələrimizin iştrakilə “Zəfərin təntənəsi” adlı kiçik səhnəcik, Azərbaycana, qələbəyə, rəşadətli ordumuza həsr olunan şer və mahnılarla davam etdirilib.

  Sonda “27 sentyabr Anım Günü və 8 noyabr Zəfər Günü ilə” əlaqədar kollecdə müxtəlif nominasiyalarda keçirilən müsabiqələrin və yarışların qaliblərini təltif edildilər.

30.10.2024  [ 09:10 ]
Bütün hüquqlar qorunur.!  ©  2024