GƏNCƏ TİBB KOLLECİ

Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecində “27 sentyabr Anım Günü və Zəfər Günü”nə həsr olunan müxtəlif nominasiyalarda yarışlar keçirilib.


Post Image

Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecində “27 sentyabr Anım Günü və Zəfər Günü”nə həsr olunan inşa, şeir, rəqs, ifa və rəsm nominasiyalarında yarışma keçirilib. Tələbələr müxtəlif nominasiyalarda öz bacarıqlarını göstəriblər. Sonda ən yüksək nəticələr göstərən tələbələr qalib elan olunublar.

  Kollecin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə inşa nominasiyası üzrə kollecinin “Tibbi profilaktika” ixtisası I kurs 48 qrup tələbəsi Milay Quluzadə “Tarixi qələbəmiz” adlı inşa yazısı ilə 1-ci yerə layiq görülüb. Şeir nominasiyasında “Tibb bacısı (qardaşı) işi” ixtisası I kurs 41qrup tələbəsi Elcan Osmanov “Azərbaycan Zəfər günün mübarək” adlı şeiri ilə, ifa nominasiyasında isə  “Tibbi profilaktika” ixtisası II kurs 29 qrup tələbəsi Jalə Kərimli “Azərbaycan bayrağı” adlı ifası ilə 1-ci yerə layiq görülüblər. Yarışmada rəsm nominasiyasında “Mamalıq” işi ixtisası I kurs 44 qrup tələbəsi Fatimə Məmmədova “İgid əsgər” adlı rəsmi ilə, rəqs nominasiyası üzrə isə “Tibb bacısı (qardaşı) işi “ ixtisası I kurs 35 qrup tələbəsi Şəfiqə Ələkbərova Xarici rəqs ilə, “Ortopedik stomatologiya” ixtisası III kurs 15 qrup tələbəsi Aydan Abdullayeva “Sarı gəlin” rəqsi ilə və “Vals”, “Tibb bacısı (qardaşı) işi1” ixtisası III kurs 6 qrup tələbəsi Səbinə Hüseynova isə “Vals” rəqsi ilə 1-ci yerə layiq görülüblər.

28.10.2024  [ 13:00 ]
Bütün hüquqlar qorunur.!  ©  2024