GƏNCƏ TİBB KOLLECİ

44 günlük Vətən müharibəsinə həsr olunan “Zəfər döyüşü” adlı intellektual yarışmanın qalibi bilindi.


Post Image

Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecində tələbələr arasında 44 günlük Vətən müharibəsinə həsr olunan “Zəfər döyüşü” adlı intellektual yarışmanın qalibi müəyyən olunub. Təhsil müəssisəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin verdiyi məlumata görə ilk öncə kollecin ayrı-ayrı şöbələrinin komandaları arasında təşkil olunan yarışmada sualların mövzusu II Qarabağ müharibəsi və Müzəffər Ali Baş komandanın rəhbərliyi altında 44 gün ərzində torpaqlarımızın qəhrəmancasına azad olunması, həmçinin 23 saatlıq antiterror əməliyyatlarıdır.

   Final mərhələsində “Tibb bacısı (qardaşı) işi 1” şöbəsinin “Şuşa”, “Tibb bacısı (qardaşı) işi 2” şöbəsindən “Polad”, “Mamalıq” işi şöbəsinin “Xarıbülbül” komandaları mübarizə aparıblar. Şöbələr arası keçirilən intellektual yarışın son mərhələsində səsləndirilən 25 sualdan ən çox, 22 suala düz cavab verən “Şuşa” komandası bütün rəqiblərini geridə qoyaraq qalib olublar. “Xarıbülbül” komandası 14, “Polad” komandası 18 suala düzgün cavab verib.

   Beləliklə “Şuşa” komandası noyabr ayında Gəncədə ali təhsil müəssisələri və kolleclər arasında keçiriləcək mübarizəyə qatılacaqlar.

24.10.2024  [ 09:50 ]
Bütün hüquqlar qorunur.!  ©  2024