Azərbaycan Milli Ordusunun yaradılması Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti dövrünə,1917-1918-ci illərə təsadüf edir. Azərbaycanlılara qarşı yeridilən erməni təcavüzü təcili olaraq ordu quruculuğuna başlamağı tələb edirdi. Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə Milli Ordu quruculuğuna başlandı və qısa müddətdə Milli Ordu Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas etdi.
Ulu Öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanına əsasən, 26 iyun tarixi Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan edilmişdir.
Ölkədə peşəkar ordu quruculuğunun əsası isə 1993-cü ilin sonlarında qoyuldu. Hərb tariximizin şanlı səhifəsi, Ordumuzun nizami ordu kimi formalaşması və hərbi quruculuq məsələlərinin prioritet məsələ kimi irəli sürülməsi xalqımızın Ümummilli Lideri Heydər Əliyevin bu istiqamətdə atdığı cəsarətli addımlarının nəticəsidir.Uzaqgörən Dövlət Liderinin hakimiyyətə gəlişindən sonra Azərbaycanda bütün istiqamətlərdə irəliləyişlər başladı. O cümlədən ordu quruculuğu sahəsində böyük islahatlar aparılmışdır.Bəli, Nizami ordu quruculuğu məhz o illərdə başladı.
Artıq iftixarla deyə bilərik ki, İkinci Qarabağ müharibəsi Azərbaycanın imkanlarını bütün dünyaya göstərdi. Bugün Azərbaycan Ordusu ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində dünyanın ən güclü orduları ilə müqayisə ediləcək səviyyədədir.
Rəşadətli Ordumuz 2016-cı ilin Aprel döyüşlərində ermənilərə ciddi zərbə vurdu. Daha sonra “Böyük Qayıdış”ın ilk təzahürü olan Cocuq Mərcanlı kəndini bərpa etdi. Aprel döyüşlərindən sonra Naxçıvan əməliyyatı nəticəsində ordumuz böyük bir ərazini azad etdi. Nəhayət, İkinci Qarabağ müharibəsi ilə Müzəffər Ali Baş Komandan İlham Əliyev şanlı tariximizi yazaraq, ədalətin, qürurun, milli ləyaqətin təntənəsini bütün dünyaya nümayiş etdirdi. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında 44 günlük Vətən müharibəsində Rəşadətli Azərbaycan Ordusu 30 ilə yaxın müddətdə düşmən işğalında olan tarixi torpaqlarımızı azad etdi. Ali Baş Komandanın müdrik və uzaqgörən siyasəti, ordumuzun gücü sayəsində Azərbaycanın ərazi bütövlüyü bərpa edildi. İşğaldan azad olunmuş tarixi torpaqlarımızda bu gün üçrəngli bayrağımızın əzəmətlə dalğalandığını görmək hər birimizi nə qədər xoşbəxt edir!
Ulu Öndərin siyasi kursunu Ordu Quruculuğu sahəsində də uğurla davam etdirən Ali Baş Komandan cənab İlham Əliyevin göstərdiyi yüksək diqqət və qayğının nəticəsidir ki, ölkəmizin müdafiə qabiliyyəti gündən-günə artaraq, xalq, dövlət, ordu birliyi monolit birliyə çevrilib.
Bu bir danılmaz həqiqətdir kı, Azərbaycan heç vaxt çoxəsrlik tarixində indiki kimi, bu qədər güclü dövlət olmamışdır. Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında gündən-günə qüdrətlənir. Müstəqilliyi əbədi, dönməz olan Azərbaycan Respublikasının müdafiəsinin və təhlükəsizliyinin təminatçısı kimi Ordumuz bu gün də regionda sülhün, sabitliyin qorunmasında mühüm rol oynayır.
26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevi və bütün heyəti təbrik edir, ən xoş arzularımzı çatdırır, Vətənə, müstəqil Azərbaycan dövlətinə şərəfli xidmətlərində hər birinə uğurlar arzulayırıq.
Bayramınız mübarək olsun!
Yaşasın Cənab Ali Baş Komandan!Yaşasın Azərbaycan Ordusu! Yaşasın Azərbaycan xalqı!
Gəncə Tibb Kollecinin müəllimi : Şəfiqə Səttar qızı Hüseynova