Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecində tələbələr arasında 44 günlük Vətən müharibəsinə həsr olunan “Zəfər döyüşü” adlı intelektual yarışma keçirilir. Təhsil müəssisəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin verdiyi məlumata görə ilk öncə kollecin ayrı-ayrı şöbələrinin komandaları arasında təşkil olunan yarışmada sualların mövzusu II Qarabağ müharibəsi və Müzəffər Ali Baş komandanın rəhbərliyi altında 44 gün ərzində torpaqlarımızın qəhrəmancasına azad olunması, həmçinin 23 saatlıq antiterror əməliyyatlarıdır. Yarışmanın qalibi olacaq komanda noyabr ayında Gəncədə ali təhsil müəssisələri və kolleclər arasında keçiriləcək mübarizəyə qatılacaqlar.