GƏNCƏ TİBB KOLLECİ

Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecində “Azərbaycan “yaşıl enerji” ixracatçısına çevrilməklə iqtisadi inkişafa nail olacaq” adlı konfrans keçirilib


Post Image

“Bu gün Azərbaycanın realaşdırmaqda olan layihələr onu deməyə əsas verir ki, yaxın zamanlarda ölkəmiz təkcə neft-qaz ixracatçısı kimi deyil, həm də Avropaya “Yaşıl enerji” ixrac edən bir dövlət kimi öz missiyasını yerinə yetirəcək. Məlum olduğu kimi bu istiqamətlərdə işlərə start verilib və artıq Azərbaycan Gürcüstan, Macarıstan və Rumıniya ilə Qara dənizin dibi ilə sualtı kabel vasitəsilə "yaşıl enerji"nin Avropaya ixracı layihəsini icra etməkdədir. Ölkəmiz bu layihənin reallaşdırılması üçün mühüm tərəfdaşlar və tərəfdaşlar cəlb edə biləcək ki, bu da gələcəkdə ölkəmizin iqtisadi baxımdan inkişafına dəstək olacaq. Bu gün Azərbaycanın alternativ enerji mənbələri üzrə təsdiqlənmiş böyük potensialının olduğu nəzərə alsaq, bu kimi vacib layihələrin həyata keçirilməsi üçün beynəlxalq maliyyə kanallarının açılması ilə böyük sərmayələrin yatırılması yeni “Yaşıl enerji” əsrinin başlanğıcına start verməyə imkanlar açacaq”. Bu fikirlər Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecində keçirilən “Azərbaycan “yaşıl enerji” ixracatçısına çevrilməklə iqtisadi inkişafa nail olacaq” adlı konfransda səsləndirilib. Tədbirdə çıxış edən kollecin həkim-müəllimi Mətanət Əliyeva qeyd edib ki, ölkəmizdə “Yaşıl enerji” nin inkişaf etdirilməsinə olan maraq və münbit şərait təbii ki, digər bu sahədə ixtisaslaşmış dövlətlərdən müasir texnologiyaların Azərbaycana gətirilməsinə və quraşdırılmasına, birgə əməkdaşlığa geniş zəmin yaradacaq. Təbii ki, belə layihənin reallaşdırılması, yeni “Yaşıl enerji” istehsalını həyata keçirən qurğular quraşdırıldıqca, istismara verildikcə bu sahədə çalışacaq mütəxəssislərin də formalaşdırılmasına ehtiyac duyulacaq və bu da təbii ki, yeni ixtisaslar, yeni iş yerlərinin yaranmasına səbəb olacaq.

18.10.2024  [ 15:35 ]
Bütün hüquqlar qorunur.!  ©  2024