GƏNCƏ TİBB KOLLECİ

Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecində 18 Oktyabr Müstəqilliyin bərpası gününə həsr olunan konfrans keçirilib


Post Image

Bu gün Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecində “18 Oktyabr Müstəqilliyin bərpası günü”nə həsr olunan konfrans keçirilib. Tədbir Azərbaycan Respublikasını Dövlət himninin səsləndirilməsi və torpaqlarımızın azadlığı uğrunda canında keçən şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla anılması ilə başlayıb. Sonra çıxış edən kollecin direktoru, Əməkdar həkim Mehman Rzayev həmin günün tarixinə nəzər saldı və vurğuladı ki, Azərbaycanı müstəqilliyə aparan yolda qəbul olunan ilk rəsmi sənəd 1991-ci il avqustun 30-na təsadüf edir. Azərbaycan Respublikası Ali Sovetinin həmin ilin 18 oktyabr tarixli sessiyasında “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı yekdilliklə qəbul edilib:

  “Müstəqilliyin ilk illərində həlli çətin görünən problemlərlə üzləşən Azərbaycan Şərqdə ilk müstəqil dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin aqibətini yaşamağa çox yaxın idi. Ancaq xalqımızın xoşbəxtliyi onda idi ki, belə bir mürəkkəb dövrdə onun Heydər Əliyev kimi sınanmış lideri var idi və bu ölüm-dirim savaşında o, artıq tək deyildi. Belə bir vaxtda ulu öndər Heydər Əliyevin ali qanunvericilik orqanına sədr seçilməsi ölkə həyatında çox mühüm bir hadisə oldu. Bu siyasi qayıdış, sözün həqiqi mənasında Azərbaycanı azərbaycanlılara, milləti özünə qaytardı” deyə M.Rzayev əlavə edib.

   Sonra çıxış edən natiqlər də bu günün əhəmiyyətindən danışdılar.

Kollecin tələbələri şerlər söyləyib, mahnılar oxudular. Sonda “Müstəqilliyimiz əbədidir” sənədli filmi nümayiş olunub.

18.10.2024  [ 15:20 ]
Bütün hüquqlar qorunur.!  ©  2024