Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecinin tələbələri arasında 44 Günlük Vətən müharibəsi ərəfəsində inşa müsabiqəsi keçirilib. Müəllimlər tərəfindən “İgidlər ölməz, Vətən bölünməz!”, “Tarixi qələbəmiz” və “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” başlıqlı inşa mövzuları seçilib. Tələbələr ayrılan vaxt ərzində öz seçdikləri mövzu üzrə inşa yazılarını yazdıqdan sonra təhvil veriblər. Gülşən Bağırova, Esmiralda Hüseynova və Günay Eyyubovanın iştirakı ilə təşkil olunan müsabiqənin qalibləri “8 Noyabr Zəfər günü”ndə elan olunacaq.