GƏNCƏ TİBB KOLLECİ

Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecində yaşıllıqların qorunması və alternativ enerji mənbələri bağlı tədbirlər keçirilib.


Post Image

   Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecində “Təbii ehtiyatlar və tullantıların alternativ enerji mənbəyi kimi emalının aktual problemləri” və  “ Yaşıl artım və iqlim dəyişikliyi” mövzularında açıq dərs və dəyirmi masa keçirilib. Kollecin həkim-müəllimləri Zari Etibar və Gülnarə Mustafayeva dünyada hər gün aktuallaşan alternativ enerji mənbələrinin ölkəmizdə geniş tətbiqi, o cümlədən bunun nəticəsində təbii ehtiyatların qorunmasının və ekoloji tullantıların qarşısının alınmasınin önəmindən danışıblar.

   Dəyirmi masa da isə kollecin həkim- müəllimləri Günel Tomuyeva, Mətanət Əliyeva və Hüseynova Sevda çıxış edərək bəşəriyyətin qorunması, ekoloji tarazlığın bərpası üçün çox önəmli olan yaşıllıqların artırılmasından danışıblar. Qeyd olundu ki, Azərbaycan iqlim dəyişikliyinə qarşı çıxan və yaşıl enerji layihələrini uğurla yerinə yetirən ölkələr sırasındadır. O da vurğulanıb ki, yaşıllıqların qorunması, təbiətə vurula biləcək hər bir zərər gələcək nəsil üçün böyük problemlər yaradacaq. Sonda “Təbiəti qoruyaq” adlı filmin nümayişi olub

16.10.2024  [ 09:15 ]
Bütün hüquqlar qorunur.!  ©  2024