Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tələbələrlə görüş keçirib
Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecində “Erkən nikah problemi və ona qarşı mübarizə yolları” ilə bağlı tələbələrlə maarifləndirici tədbir keçirilib. Görüşdə Respublikanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Gəncə-Daşkəsən Regional bölməsinin əməkdaşları, Gəncə şəhər Şah Abbas məscidinin dini ayinlərinin icraçısı iştirak ediblər. Tədbirin əsas məqsədi erkən nikahlar və təhsildən yayınma halları, onların fəsadları, aradan qaldırılması yolları barədə danışaraq, bunun qanun pozuntusu olduğunu, qarşısının alınması yolları və bu sahədə görülən genişmiqyaslı layihələr barədə geniş məlumatın çatdırılması olub.
Görüşdə həmçinin, qızların təhsil almasının önəmli olduğu vurğulanıb. Qız uşaqlarının təhsillərinə üstünlük verilmələri, onların cəmiyyətə yararlı şəxsiyyətlər kimi yetişdirilməsi istiqamətində valideynlərin böyük məsuliyyət daşıdığı qeyd olunub.