GƏNCƏ TİBB KOLLECİ

Böyük qayıdış


Post Image

Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecində “Böyük qayıdış” adlı konfrans keçirilib.

   Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecində “Böyük qayıdış” adlı konfrans keçirilib. Tədbir Ulu Öndərin və Vətən uğrunda canından keçən şəhidlərimizin bir dəqiqəlik sükutla yad edilməsi, Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra çıxış edən kollecin direktoru, Respublikanın əməkdar həkimi Mehman Rzayev Müzəffər Ali Baş komandan İlham Əliyevin rəhbərliyi altında “Dəmir Yumruq” ətrafında birləşən ordumuzun mətanətli və cəsur ordusu, arxa cəbhədə hərbiçilərimizə hər bir dəstəyi göstərən xalqımızın birliyi sayəsində tarixi torpaqlarımızın geri qaytarılmasından danışıb: “Otuz illik mübarizə, səbr və əzmin gücü ilə 44 günlük Vətən müharibəsində dövlət-xalq-ordu birliyi sayəsində Qarabağ Azərbaycandır! Bu gün bu torpaqlara yeni bir həyat vermək üçün bütün qüvvələr səfərbər edilib, dağılan şəhərlərimizin, məhv edilmək üzrə olan tarixi irsimizin bərpası işləri davam etdirilir. Əzəli dədə-baba torpaqlarına soydaşlarımızın qayıdışı qələbəmizin təntənəsidir”.

    Sonra çıxış edən natiqlər ardıcıllıqla müzəffər ordumuz tərəfindən azad edilən tarixi torpaqlarımız və həmin yerlərə soydaşlarımızın qayıdışı, aparılan tikinti-quruculuq işləri, həyata keçirilən böyük layihələr barədə danışıb, hər rayon haqda qısa məlumatları təqdim ediblər. Qeyd olunub ki, işğaldan azad edilən ərazilərə böyük qayıdışın Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunması, ölkə prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi, qəbul olunan digər sənədlər və həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr yeni inkişaf mərhələsindəki hədəflərə çatmağa xidmət edərək dövlətimizin Qarabağın və  Şərqi Zəngəzurun dirçəlişində,  əhalinin dayanıqlı məskunlaşmasında və davamlı iqtisadi inkişafın təmin olunmasında məqsədyönlülüyünün göstəricisidir.

   Sonra “Böyük qayıdış” adlı qısametrajlı sənədli film nümayiş olunub.

08.10.2024  [ 08:31 ]
Bütün hüquqlar qorunur.!  ©  2024