GƏNCƏ TİBB KOLLECİ

Daşkəndin mərkəzində Ulu Öndərin xatirəsinə həsr edilmiş meydanın yaradılması


Post Image

Daşkəndin  mərkəzində azərbaycanlıların yığcam yaşadıqları ərazidə yerləşən meydanın mərkəzi hissəsində özbək və azərbaycan xalqlarının sarsılmaz dostluğunun və  qardaşlığının parlaq nümunəsi, iki dövlətin münasibətlərinin təzahürü  kimi  Ümummilli Lider Heydər Əliyevin böyük memorial kompleksi ucaldılıb. Qeyd edək ki, bu memorialın açılışı həm də iki xalq arasında dostluğun inkişafında, hərtərəfli möhkəmlənməsində böyük rolu, görkəmli tarixi xidmətləri olan Heydər Əliyevə olan tükənməz ehtiramın rəmzidir.

Özbəkistan prezidenti  Şavkat Miromonoviç ötən əsrin görkəmli siyasi və dövlət xadimi kimi tarixə adını həkk etmiş Ulu Öndər Heydər Əliyevi Özbəkistanın böyük dostu kimi hörmətlə anmışdır. O, Heydər Əliyevin bütün həyatını doğma Azərbaycana həsr etməsindən, ölkəmzin  ən ağır illərində talehyüklü   məsuliyyətini cəsarətlə öz çiyinlərinə götürməsindən, müasir dövlətçiliyimizin əsaslarını yaratmasından qürurla bəhs etdi. Azərbaycanda bütün sahələrdə genişmiqyaslı dəyişiklikləri uğurla həyata keçirən, müstəqil Azərbaycanın memarı Ulu Öndərin qətiyyətindən və siyasi iradəsindən, zəngin rəhbərlik təcrübəsndən və müstəsna liderlik keyfiyyətlərindən öyüdlə danışan Şavkat Miromonoviç,  Heydər Əlirza oğlu Əliyevin nadir şəxsiyyətinə  dərin ehtiramını bildirdi. İiyunun 15-ində ölkə rəhbərliyinə xalqın təkidli tələbiylə qayıdan Ulu Öndər gənc, müstəqil dövlətimizi xilas etdi. Hər il bu tarixin  Azərbaycanda Milli Qurtuluş Günü kimi qeyd edildiyini vurğulayan Özbəkistan dövlət başçısı  hər iki dövlətin tarixin çətin sınaqlqrından keçdiyini, həm özbək, həm də azərbaycan xalqının öz mənəvi dəyərlərini, milli qürur və mənliyini qoruyub saxladıqlarını, dövlət  müstəqilliyinin və suverenliyinin ən müqəddəs nemət olduğunu vurğuladı. O, bildirdi ki, əsl vətənpərvər olan Heydər Əliyevi  Azərbaycan xalqının tarixindən və onun həyatından ayırmaq olmaz. Heydər Əliyevin adı və obrazı bütün dünyada xeyirxah və nəcib keyfiyyətlərin rəmzi kimi qəbul edilir. Dünyanın müxtəlif ölkələrinin ən nüfuzlu siyasətçiləri və ictimai xadimləri onun siyasi və intelektual bacarığını, şəxsiyyətini yüksək qiymətləndirirlər.

Ulu Öndər bütün sahələrdə: iqtisadiyyat, elm, təhsil, mədəniyyət sahəsində ölkəni irəli apararaq, milli dəyərlərin dirçəldilməsinə, Azərbaycan xalqının tolerantlıq ənənələrinin möhkəmlənməsinə şərait yaratdı. Azərbaycan sürətlə inkişaf etməyə başladı, demokratik hüquqi dövlət quruculuğu yoluna qədəm qoyan Azərbaycan beynəlxalq arenada layiqli yerini tutdu, yüksək nüfuz və hörmət qazandı.

Heydər Əliyevin ən böyük arzusu Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi, Cənubi Qafqazda möhkəm sülhün və sabitliyin bərqərar olması idi. Respublikamızın Prezidenti cənab İlham Əliyev tarixi ədaləti bərpa edərək, bu arzunu gerçəkləşdirdi.

Özbəkistan prezidenti ölkələrimiz arasında dostluq münasibətlərindən, iki xalqın tarixi əlaqələrinin inkişafına və möhkəmlənməsinə Heydər Əliyevin verdiyi böyük töhfələrdən bəhs edərək, Özbəkistan ilə Azərbaycanın yüksək strateji tərəfdaşlığını  xüsusi qeyd etdi.

Artıq Özbəkistan - Azərbaycan münasibətləri yeni bir mərhələyə qədəm qoydu. Hər iki ölkə arasında sarsılmaz dostluq bundan sonra da ölkələrimizin və xalqlarımızın rifahı naminə daim  inkişaf edəcək və xalq əmindir ki,bu iki dövlət  dünyanın ən tərəqqi edən dövlətlərindən olacaq!

Sizinlə nə qədər qürur duysaq da az, Cənab Ali Baş Komandan!

Gəncə Tibb Kollecinin müəllimi: Şəfiqə Səttar qızı Hüseynova

 

22.06.2022  [ 10:30 ]
Bütün hüquqlar qorunur.!  ©  2024