“Azərbaycan hökuməti ictimai məsuliyyəti, eləcə də, təhsilin ətraf mühitin qorunmasında mühüm rol oynadığını əsas tutaraq bu sahədə müxtəlif tədbirlər həyata keçirir. Məktəblərdə və universitetlərdə ekoloji təhsil proqramları genişləndirilir, əhali arasında ekoloji maarifləndirmə artırılır. Bu tədbirlər, həm ictimai şüurun, formalaşmasına həm də ekoloji davranışların yaxşılaşdırılmasına yönəlib. Bu fikirləri Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecində keçirilən “Ətraf mühitin qorunması və ermənilərin törətdiyi ekoloji terror” adlı konfransda kollecin həkim müəllimi Mətanət Əliyeva söyləyib.
Digər çıxış edən həkim-müəllim Şəhla Qasımova isə 30 il ərazində ermənilər tərəfindən işğal olunan ərazilərimizdə həyata keçirilən ekoloji terrordan və hazırda dövlətimiz tərəfindən bu fəsadların aradan qaldırılması istiqamətində reallaşdırılan layihələrdən danışıb. O vurğulayıb ki, yaşıllıqların məhv edilməsi, flora və faunaya qarşı edilən təcavüzlər təsirsiz ötüşməyib və bu gün Azərbaycan bütün ərazilərində öz suverenliyini bərpa etdikdən sonra həmin yerlərdə yeni meşəlikərin salınması və ekoloji layihələrin icrası ilə tez bir zamanda tarazlığı bərpa etməyə nail olacaq.
Konfransın sonunda “Ekoloji terror” adlı sənədli filmin nümayişi olub.