GƏNCƏ TİBB KOLLECİ

Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecinin kollektivi Anım tədbirlərində iştirak edib.


Post Image

Gəncə şəhərində 27 Sentyabr – Anım Günü ilə əlaqədar olaraq silsilə tədbirlər keçirilib.  Anım mərasimində Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecinin rəhbərliyi, həkim-müəllim kollektivi də iştirak edib, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan hərbiçilərimizin qəbrlərini ziyarət edib, Şəhidlər abidəsinin önünə gül dəstələri düzüblər.

    Hərbi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

    Tədbirdə bildirilib ki, Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təcavüzünün qarşısını almaq məqsədilə 2020-ci il sentyabrın 27-dən Azərbaycan Respublikasının Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında bütün cəbhə boyu əks-hücum əməliyyatına başlayıb. Bildirilib ki, 44 günlük Vətən müharibəsi dövründə Gəncə şəhəri 96-sı hərbi, 26-sı mülki olmaqla, 122 şəhid verib. Mərasimdə məktəblilərin ifasında vətənpərvərlik mövzusuna aid şeirlər səslənib, din xadimi tərəfindən Vətən müharibəsi şəhidlərinin ruhuna dualar oxunub.

27.09.2024  [ 00:00 ]
Bütün hüquqlar qorunur.!  ©  2024