Məlum olduğu kimi, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev tərəfindən 1998 – ci il 18 iyun tarixində Azərbaycan Respublikasında ilk “İnsan hüquqları müdafiəsinə dair Dövlət Proqramı” təsdiq edilmiş və insan hüquqlarının təmin olunması müəyyən olunmuşdur.Bunu nəzərə alaraq ölkə Prezidenti cənab İlham Əliyevin 2007- ci il 18 iyun tarixli Sərəncamı ilə hər il iyunun 18-I Azərbaycan Respublikasında İnsan Hüquqları Günü kimi qeyd edilir.
Bununla əlaqədar Gəncə Tibb Kollecində 14 iyun 2022 – ci il tarixində “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilmişdir.
Tədbirdə Gəncə Tibb Kollecinin direktoru, Əməkdar həkim Mehman Rzayev tələbələri və müəllimləri salamlayaraq “İnsan Hüquqları Günü”nün yaranma tarixindən, bu sahədə görülmüş işlərdən söz açmışdır.
Tədbirdə tələbələrə insan hüquq və azadlıqları barədə məlumatlar verilmiş, Azərbaycanda insan hüquqları barədə qəbul olunmuş qanunlardan, bu sahədə həyata keçirilən tədbirlərdən və bu tədbirlərin nəticələrindən danışılıb.
Sonda mövzu ətrafında videofilmlər nümayiş etdirilmiş, tələbələrlə diskusiya şəklində müzakirələr aparılmışdır.