GƏNCƏ TİBB KOLLECİ

Gəncə Tibb Kollecində Təlim


Post Image

Gəncə şəhəri Gəncə Tibb Kollecində  “Laboratoriyaların tibbi tullantıları və onların idarə edilməsi” mövzusunda təlim təşkil olunmuşdur.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) əməkdaşlığı çərçivəsində həyata keçirilən təlimdə Gəncə ilə yanaşı ətraf rayonlardan da (Samux, Goranboy, Qazax, Gədəbəy, Mingəçevir, Ağstafa, Göygöl, Şəmkir, Daşkəsən) nümayəndələr iştirak etmişdir.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) eksperti Radu Kojokarunun təlim keçdiyi bu toplantıda, həmçinin TƏBİB-in əməkdaşları Ramin Burcəliyev və Vəfa Qocayeva da çıxış etmişlər.

Laboratoriya sistemlərinin gücləndirilməsi məqsədilə təşkil edilən silsilə treninqlərə laboratoriya, infeksiya və biotəhlükəsizlik işləri ilə məşğul olan mütəxəssislər dəvət olunmuşdur.

3 gün davam edən təlimin sonuncu günü iştirakçılar sertifikatlarla təltif  olundular.

09.07.2022  [ 09:30 ]
Bütün hüquqlar qorunur.!  ©  2024