GƏNCƏ TİBB KOLLECİ

Kollecin tələbələri erkən nigahların zərərləri barədə məlumatlandırılıb


Post Image

   Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecində “Milli-mənəvi dəyərlərin təbliği və dini maarifləndirmə” mövzusunda tələbələrlə görüş keçirilib. Tədbirdə Azərbaycan Respublikası Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin aidiyyəti regional bölməsinin nümayəndələri iştirak ediblər.

  Çıxış edənlər erkən nigahlar və təhsildən yayınma halları, onların fəsadları, aradan qaldırılması yolları barədə danışaraq, bunun qanun pozuntusu olduğunu, qarşısının alınması yolları və bu sahədə görülən genişmiqyaslı tədbirlərdən danışıblar.

  Görüşdə həmçinin, qızların təhsil almasının önəmli olduğu vurğulanıb. Qız uşaqlarının təhsillərinə üstünlük verilmələri, onların cəmiyyətə yararlı şəxsiyyətlər kimi yetişdirilməsi istiqamətində valideynlərin böyük məsuliyyət daşıdığı qeyd edilib.

Tədbirdə ümummilli lider Heydər Əliyevin gənclərin təhsil alması, savadlı kadrların yetişdirilməsi üçün gördüyü işlərdən bəhs edən film nümayiş olunub.

14.11.2023  [ 17:00 ]
Bütün hüquqlar qorunur.!  ©  2024