GƏNCƏ TİBB KOLLECİ

Gəncə Tibb Kolleci islahatların önündə gedən müəssisələrdən biridir


Post Image

Biz hər zaman bütün peşələrin gözəlliyindən danışsaq da, amma nədənsə müqəddəs və şərəfli peşə dedikdə hər kəsin ağlına ilk olaraq müəllimlik və həkimlik peşəsi gəlir. Müəllimlik peşəsi müqəddəsdir ona görə ki, bütün peşələrin məktəbi müəllimlə başlayır, müəllim o peşələrə yiyələnməyin yollarını insanlara öyrədir, əxz edir. Həkimlik peşəsi şərəflidir ona görə ki, insanın sağlam həyat yaşamasına xidmət edir.

Müəllim peşəsi ən şərəfli və ən çətin peşədir.Bu peşəni seçərkən onun ağırlığını, məsuliyyətini və peşə xüsusiyyətlərinin çətinliyini nəzərə almaq lazımdır.Həkimlik peşəsi şərəflidir ona görə ki, insanın sağlam həyat yaşamasına xidmət edir. Amma bir sənət də var ki, bu iki peşəni özündə birləşdirib.

Bu dəfə sizə savadlı, peşəkar ağ xalatlılar yetişdirən Gəncə Tibb Kolleci haqqında söhbət açacayıq.

Ölkəmizdə uğurlu fəaliyyəti, tibb sahəsində peşəkar orta-ixtisas kadrlarının hazırlanması istiqamətində əldə etdiyi yüksək nailiyyətləri ilə seçilən təhsil ocaqlarından biri olan Gəncə Tibb Kollecininin əsası 1931-ci ildə Az.SSR-nin Xalq Səhiyyə komissarlığının qərarı ilə ilk orta ixtisas Tibb Politexnikumu kimi yaradılmışdır. Sonradan Feldşer - Mama Məktəbinə çevrilmişdir. 1939-cu ildən N.K.Krupskaya adına Kirovabad baza Tibb Məktəbi , 1989-cu ildən Gəncə Tibb Məktəbi , 2010-cu ilin iyun ayından Gəncə Tibb Kolleci adlandırılmışdır (Nazirlər Kabinetinin 16 iyun 2010-cu il tarixli 112 saylı qərarı ilə Səhiyyə Nazirliyinin 25.06.2010 47 saylı əmrinə əsasən)

Gəncə Tibb kolleci dövlət statuslu təhsil müəssisəsidir. Orta ixtisas təhsilli mütəxəssislər hazırlayır.


Gəncə Tibb Kollecində :

- Müalicə işi

- Mamalıq işi

- Tibbi profilaktika

- Laborator diaqnostika

- Ortopedik stomatologiya

- Əczaçılıq işi

-Tibb bacısının işi

ixtisası üzrə tələbələr təhsil alır.

Gəncə Tibb Kolleci respublikamızın qərb regionunda orta ixtisaslı tibb kadrları hazırlayan yeganə Dövlət təhsil müəssisəsidir.

Fəaliyyət göstərdiyi müddətdə Respublikamızın səhiyyə müəssisələri üçün on minlərlə orta ixtisas tibb işçiləri hazırlanmışdır. Gəncə Tibb Kollecində həmçinin orta tibb işçisi və əczaçı ixtisas təhsilli tibb işçilərinin ixtisaslaşdırma və təkmilləşdirmə kursları da fəaliyyət göstərir.

Kollecdə təhsil almış və alan bütün tələbələrə seçdikləri bu şərəfli peşənin keşməkeşli həyat yolunda uğurlar diləyirik.

Gəncə Tibb Kollecinin direktoru Respublikanın əməkdar həkimi Rzayev Mehman Elman oğludur.  

Gəncə Tibb Kollecində olan bütün ixtisaslar üzrə kadr hazırlığı müasir dövrün ən yüksək tələbləri səviyyəsində həyata keçirilir. Tələbələrin fənnləri daha dərindən mənimsəmələri üçün fənn kabinetlərinin nəzdində müxtəlif dərnəklər fəaliyyət göstərir. Dərnək üzvləri əyani vəsaitlərin, müxtəlif guşələrin tərtibində iştirak edir, məruzə və referatlar hazırlayırlar. Kollecdə idman zalı, mədəni-kütləvi tədbirlər keçirmək üçün akt zalı, böyük kitab fondu olan kitabxana, metodkabinet və digər yardımçı otaqlar fəaliyyət göstərir.Dərslərin əyaniliyi, kitabxananın yenidən qurulması, nizam- intizam,kollecdə olan təmizlik işləri həmişə diqqət mərkəzində olmuşdur.Gəncə Tibb Kollecində kifayət qədər təcrübəli və olduqca savadlı müəllim heyəti çalışır.

Təbii ki bu sadaladığım müsbət özəlliklər hamısı Gəncə Tibb Kollecinin direktoru Respublikanın əməkdar həkimi Mehman Rzayevin düzgün idarəçiliyi sayəsində baş tutur. Mehman Rzayevin müasir tədris metodlarının hazırlanması, yenilikçi təcrübələrin keçirilməsi, əldə edilən nəticələrin sadəcə kollec daxilində deyil, eləcə də ölkənin digər orta ixtisas tibb məktəbləri arasında yayılması baxımından şəxsi təcrübəsi və təşəbbüskarlığı da respublikanın pedaqoji ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir. Bu gün mövcud olan ictimai rəyə görə də, Mehman müəllimin rəhbərlik etdiyi kollec tibbi-təhsil islahatlarının önündə gedən müəssisələrdən biridir. Birmənalı olaraq demək olar ki, Gəncə Tibb Kollecinin rəhbərliyi və pedoqoji kollektivi ölkənin təhsil qanunundan və təhsil islahatlarından irəli gələn tələb və vəzifələrin icrasını, eləcə də tibbi-təhsilin səviyyəsinin daima yüksəldilməsinin zəruriliyini önəmli sayaraq, öz fəaliyyətlərini də məhz bu istiqamətlərdə nizamlayırlar.

"İqtisad.Org" xəbər portalı olaraq Gəncə Tibb Kollecinin direktoru Respublikanın əməkdar həkimi Mehman Rzayevə və onun peşəkar kollektivinə uğurlar arzu edir,  hər zaman nəaliyyətlərinin daha çox olmasını diləyirik.

 

04.07.2022  [ 14:40 ]
Bütün hüquqlar qorunur.!  ©  2024