Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təşkilatçılığı ilə 29 avqust –08 sentyabr 2022-ci il tarixləri arasında Gəncə Tibb Kollecinin təlimçi həkimləri tərəfindən “Tibb Kollecləri dərman tətbiqləri tədrisçi təlim proqramı” və “Təməl Həyat Dəstəyi” təlimlərinin keçirilməyinə start verilmişdir.
Təlimlərin keçirilmə vaxtı 2 hissəyə ayrılır:
29 – 01 sentyabr tarixində bir qrup
05 – 08 sentyabr tarixində digər qrupda həkim – müəllimlər təlimə qoşulacaqlar.
Proqramın Əsasları və Yanaşması
Tibb və sağlamlıq təhsili alan tələbələrin peşəkar həyata hazırlanmasında klinik bacarıqların tədrisi çox vacibdir. Bir bacarığın əldə edilməsi bu bacarığın müxtəlif mühitlərdə, müxtəlif şəraitlərdə və müxtəlif insanlar tərəfindən bacarıqla istifadə oluna biləcəyinə zəmanət vermir.Həkimlik və Tibb bacılığı ayrı-ayrı hissələrin birləşməsindən əlavə, daha yüksək peşəkarlıq səviyyəsinə uyğun gəlir və təlim zamanı bu vəziyyətin nəzərdən qaçırılmaması vacibdir.
Bacarıq təlimlərində qəbul edilən yanaşma, müəyyən edilmiş bacarıq sahələri və səviyyələri üzrə qurulmuş, öyrənənin prosesdə fəal iştirak etdiyi təhsil mühitlərində rəhbərlər vasitəsilə bacarıqların qazandırılmasıdır.Bacarıqların əldə edilməsində müəyyən edilən bu proses, əvvəlcə laboratoriya mühitində müəyyən səviyyələrdə bacarıqların inkişaf etdirilməsi, daha sonra isə klinik mühitdə, real xəstələr üzərində və real vəziyyətlərdə qazanılan təcrübələrlə bacarıqların möhkəmləndirilməsidir.
Həm “bacarıq laboratoriyalar”ında aşağı və orta reallıqdakı simulyasiya tətbiqləri ilə, həm də “simulyasiya laboratoriyalar”ında yüksək reallıqdakı simulyasiya tətbiqləri ilə həyata keçirilən bacarıq təlimləri üçün ümumi olan, təlimlərin müşahidə və dəyərləndirmələr əsasında təkrarlanan məqsədli tətbiqlər olaraq davam etdirilməsidir. Klinik mühitdə,real xəstələr üzərində və real vəziyyətlərdə əldə edilmiş təcrübələrlə bu bacarıqların möhkəmləndirilməsindən sonra, gözlənən səriştələrə və həkim peşəkarlığına nail olmaq olar.
“Bacarıq təlimləri”nin təşkilində bu təlimlərin tədris ocaqlarının təhsil proqramındakı yeri və çəkisi, bacarıq təliminin məzmunu, kollecin məkan imkanları, tələbələrin və tədrisçilərin sayı nəzərə alınmaqla işlər aparılmalıdır.
Bütün bu izahatlara əsaslanaraq hazırlanmış bu “təlimçi tədrisi proqramı” ilə tibb bacısı namizədlərinin altı başlıq altında müəyyən edilən bacarıq sahələrində səriştə əsaslı bir yanaşma ilə, təzyiq və narahatlıq yaratmayan təhlükəsiz bir mühitdə, sağlamlıq xidmətinə hazırlaşmaları təmin edilmişdir.
“Təməl Həyat Dəstəyi”
Proqram əsasında böyüklərdə, uşaqlarda və körpələrdə kardiopulmonar arrest hallarında və hava yollarının yad cisimlə tam və ya qismən tıxanması zamanı göstərilən ilk yardım tədbirlərini əhatə etmişdir.
Proqramın məqsədi
Bu proqramın məqsədi Azərbaycan Tibb Kolleclərində çalışan tədrisçilərin dərmanların tətbiqi üzrə səriştələrinin artırılmasıdır.