GƏNCƏ TİBB KOLLECİ

Gəncə Tibb Kollecində maarifləndirmə tədbiri keçirilib


Post Image

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Gəncə  şəhər Tibb Kollecində “Yeniyetmə və gəncləri radikalizm və ekstremizm təhlükəsindən qoruyaq” mövzusunda maarifləndirmə tədbiri keçirilmişdir.

Tədbirdə  kollecin müəllim və tələbə heyəti  iştirak etmişdir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Həsən Məmmədov  çıxış edərək, mövzunun əhəmiyyətindən danışıb.

Gəncləri radikal dini düşüncələrdən və ekstremist meyillərdən qorumaq məqsədilə mütəmadi olaraq maarifləndirici tədbirlərin təşkil edilməsinin böyük əhəmiyyətə malik olduğu bildirilib.

Tədbirin sonunda DQİDK-nın sifarişi ilə ərsəyə gələn “Şəhadət” filmi nümayiş olunub.

28.09.2022  [ 17:45 ]
Bütün hüquqlar qorunur.!  ©  2024