GƏNCƏ TİBB KOLLECİ

“World Health Organization Azerbaijan” Yekun İclas


Post Image

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST)  5 günlük ekspert missiyası (19-23 sentyabr), Azərbaycandakı işini 57 səhiyyə işçisinin qatıldığı müzakirə ilə tamamlayıb.

Konfransda Gəncə Tibb Kollecinin direktoru əməkdar həkim, Mehman Rzayev də iştirak etmişdir.

Səhiyyə Nazirliyi, TƏBİB, Tibb Universiteti, Dövlət Həkimlərin Təkmilləşdirilməsi İnstitutu, Bakıda və bölgələrdə yerləşən tibb kollecləri və müəssisələrinin təmsilçilərinin,  eləcə də ÜST və UNICEF ekspertlərinin qatıldığı tədbirdə ölkənin səhiyyə ehtiyacları və onların effektiv həlli yolları müzakirə edilmişdir.

Missiyanın ölkədəki görüşləri və səhiyyə müəssisələrindəki qiymətləndirmələri ilə yanaşı, bugünkü müzakirənin nəticələri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbayanın səhiyyə sisteminin transformasiyası və gücləndirilməsi səylərini ən effektiv şəkildə necə dəstəklənməyə dair planlamasında əsas məlumat mənbəyi rolunu oynayacaqdır.

23.09.2022  [ 16:15 ]
Bütün hüquqlar qorunur.!  ©  2024