GƏNCƏ TİBB KOLLECİ

Gəncə Tibb Kollecinin kollektivi 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə təşkil olunan konsert proqramında iştirak edib


Post Image

    Gəncə Şəhər İcra Hakimiyyətinin və F. Əmirov adına Gəncə Dövlət Filarmoniyasının birgə təşkilatçılığı ilə 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə konsert proqramı keçirilib. Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Gəncə şəhər prokuroru Azad Qarayev, millət vəkili Pərvin Kərimzadə, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə Tibb Kollecinin direktoru Mehman Rzayev, həkim - müəllim heyəti, bələdiyyə sədrləri, idarə, müəssisə, təşkilat rəhbərləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə vurğulanıb ki, Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi və Rəşadətli Ordumuzun gücü ilə bu il şanlı Zəfərimizin üçüncü il dönümü qeyd olunur. Bu gün Üçrəngli dövlət rəmzimiz qalib ədası ilə əzəli və əbədi torpaqlarımız olan Qarabağda, Şərqi Zəngəzurda, Qarabağın baş tacı olan Şuşada, Xankəndində, Xocalıda dalğalanır.

Daha sonra F. Əmirov adına Gəncə Dövlət Filarmoniyası 9 Noyabr – Dövlət Bayrağı Gününə həsr olunan geniş konsert proqramı ilə çıxış edib. Bir-birindən maraqlı çıxışlar tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.

   Sonda xatirə şəkli çəkdirlib.

09.11.2023  [ 20:40 ]
Bütün hüquqlar qorunur.!  ©  2024