28.10.2022 – ci il tarixində Gəncə Tibb Kollecinde “Milli Debat Proqramı”nın təqdimatı keçirilmişdir.
Təqdimatda Gəncə Tibb Kollecinin direktoru Mehman Rzayev, müəllimlər və tələbələr iştirak etmişdir.
Çıxış edənlər debatın tələbələr üçün əhəmiyyətindən, Gəncə Tibb Kolleci Debat Klubunun tarixi və qazandığı uğurlarından, həmçinin debatın üstünlükləri haqqında və son illərdə debat ilə bağlı hansı işlərin görülməsindən, debatın tələbələrə nə kimi faydalar qazandıracağından ətraflı məlumatlar vermişlər. Ümumiyyətlə debat nədir?
Debat interaktiv və müxtəlif əks tərəflərin təmsilçilərindən ibarət müzakirə metodudur. Debat yalnız nəticəni analiz edən deduktiv əsaslandırmadan, yalnız nəyinsə doğru olub olmadığını müəyyən edən faktoki mübahisədən və yalnız inandırma taktikalarından ibarət ritorikadan fərqli olaraq, daha geniş anlayışı özündə əks etdirir. Debatda məntiqi davamlılıq, faktların dəqiqliyi və auditoriyaya emosional müraciət inandırma üçün mühüm rol oynayır və məsələni daha üstün kontekstdə və çərçivədə, daha mahircəsinə əsaslandıra bilən tərəf digərini üstələyir. Debatda faktlardan daha çox tərəflərin öz aralarında gəldiyi konsensus və ya birgə formal nəticəyə gəlmə əsas rol oynayır. Formal debat yarışlarında, tərəflərin hər biri üçün keçərli müəyən qaydalar və çərçivə mövcud olur.
Debatlar həm siyasi mövzularda rəsmi orqanlarda, parlamentlərdə, həm də elmi və yaradıcılıq məqsədləri ilə keçirilir. Bir incəsənət metodu kimi debatın əsas məqsədi istənilən mövqedə opponentlə bərabər şərtlər altında rasional şəkildə müzakirə aparmaq bacarığının aşılanmasıdır.
Sonda debatla bağlı videoçarx nümayiş olunmuşdur.