GƏNCƏ TİBB KOLLECİ

Gəncə Tibb Kollecində konfrans


Post Image

10 oktyabr 2022 – ci il tarixində Gəncə Tibb Kollecində “Azadlığa gedən yol” adlı konfrans keçirilmişdir.

Konfransda Gəncə Tibb Kollecinin direktoru Mehman Rzayev,həkim-müəllim heyəti və tələbələr iştirak edirdilər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilmiş, daha  sonra Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Konfransda ilk olaraq çıxış edən kollecin direktoru,  Mehman Rzayev erməni vandalizminin və faşizminin bütün dünyaya sübut etdiyi bu raket hücumları nəticəsində, ümumilikdə vətən uğrunda döyüşlərdə qəhrəmancasına həlak olan şəhidlərimizə Allahdan rəhmət dilədi. O qeyd etdi ki, beynəlxalq normalara zidd olan, hətta döyüş bölgələrində belə istifadəsi qadağan olunan ballistik raketləri dinc əhalinin  yaşadığı əraziyə atmaqla ermənilər bir daha sübut etdilər ki, onlar insanlıq normalarından çox uzaq, vəhşi və vandaldırlar:

“Ali Baş Komandan İlham Əliyev də öz çıxışında dəfələrlə vurğulayıb ki, erməni faşistlərinin bu vandalizmi, vəhşiliyi heç zaman yaddan çıxmayacaq, bu dəhşətli qətilləri törədənlər və buna əmr verənlər beynəlxalq məhkəmə qarşısında cavab verəcəklər” deyə Mehman Rzayev vurğuladı.

Sentyabrın 27-də 2-ci Qarabağ Müharibəsi başlanandan erməni faşistləri öz çirkin xarakterlərinə uyğun olaraq beynəlxalq normalara zidd şəkildə Azərbaycanın dinc əhalisinə ayrı ayrı vaxtlarda  istifadəsi qadağan olunmuş ballistik raketlərlə zərbələr endirmişlər. Belə raket hücumları zamanı ən çox dağıntıya məruz qalan şəhərlərdən biri də Gəncə şəhəri olmuşdur. 44 günlük müharibə dövründə ümumilikdə şəhərə atılan 13 raketdən 8-i partlamış, mülkü əhaliyə ciddi ziyan dəymişdir. 26 nəfər həyatını itirmiş, 130-dan çox  insan müxtəlif dərəcəli bədən xəsarətləri almışdılar. Yüzlərlə yaşayış evi, mülki obyekt, məktəb binası, çoxmənzilli binalara ciddi ziyan dəymişdir.

Bu dəhşətli hadisələrdən artıq iki il ötür. Öz əzizlərini, qohumlarını, dostlarını, qonşularını, doğmalarını itirən insanlar hər gün həmin anları göz yaşları ilə xatırlayırlar. 

10.10.2022  [ 16:50 ]
Bütün hüquqlar qorunur.!  ©  2024