26.11.2022 – ci il tarixində Gəncə Dövlət Filarmoniyasında “İndoneziya günü 2022” adlı tədbir keçirilmişdir.
Tədbir Azərbaycan və İndoneziya arasında yaranan münasibətlərin 30 illiyinə həsr edilmişdir.
Tədbirdə Gəncə Tibb Kollecinin tələbələri və müəllimləri iştirak etmişlər.
İndoneziya səfiri Hildi Hamid açılış nitqi ilə çıxış edərək tədbir iştirakçılarını salamladıqdan sonra İndoneziya musiqi alətləri ilə Azərbaycan Himni səsləndirilmişdir.
Onların milli alətlərində “Sarı Gəlin” və “Azərbaycan” mahnıları səsləndirildi.
Daha sonra isə İndoneziyalı gənclər özlərinə məxsus rəqsləri nümayiş etdirmiş, öz musiqi alətlərində musiqilər ifa etmişlər.